SON DƏQİQƏ
» » Qızının gözü qarşısında başı kəsildi - VİDEO

Qızının gözü qarşısında başı kəsildi - VİDEO

Tarix:

29-04-2024, 21:14

/ 5 424 dəfə oxundu.
Qızının gözü qarşısında başı kəsildi - VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir.
Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb.
Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətlə yetirilən Sevincin qaynı arvadı isə ona yoldaşının onların evinə gələrək söz-söhbət saldığını deyib.
Sevinc də yaxşılıq etmək məqsədi ilə yoldaşına qardaşının işinə qarışmamasını söyləyib. Bundan hiddətlənən kişi arvadının başını kəsib.
Qeyd edək ki, sözügedən hadisənin cütlüyün üç yaşlı övladının gözü qarşısında baş verdiyi deyilir. Sevinc Əhmədağayeva bu gün Oğuz rayonunda dəfn olunub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ