SON DƏQİQƏ

Əri Ruhanəni niyə öldürüb?

Tarix:

24-01-2024, 21:32

/ 5 698 dəfə oxundu.
Əri Ruhanəni niyə öldürüb?

Füzulidə 1987-ci il təvəllüdlü arvadı Ruhanə Qasımovanı qətlə yetirən 40 yaşlı Süleyman Qasımovun məhkəmə prosesi başa çatıb.
 “Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Qasımov 10 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 24-də Füzulinin Qayıdış-5 qəsəbəsində baş verib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisədən bir gün öncə evlərinə qonaq gəlib. S.Qasımov qonaqlar üçün qaz ətindən kabab bişirib. Bu zaman arvadı da qonaqlarla birlikdə masaya əyləşərək kababdan yeyib.
Maraqlıdır ki, Ruhanənin masaya əyləşməsi Süleymanın narazılığına səbəb olub. O, həyat yoldaşına “bəs sən gördün ki, qonaq sayı çoxdur, yemək azlıq edir, nəyə görə sən də oturub yedin?” deyərək irad tutub. Onun bu sözləri Ruhanənin xətrinə dəyib. 
Hadisənin baş verdiyi gün isə evə sərxoş vəziyyətdə gələn S.Qasımov Ruhanənin əşyalarını toplayaraq evdən ayrılmaq istədiyini görüb. Qadının atası evinə getməsi Süleymanı özündən çıxarıb və bunu qəbul edə bilməyib.
Nəticədə həyat yoldaşının arxasınca qayınatasıgilə gedən ər arvadını bir bıçaq zərbəsi ilə qətlə yetirib.
Hadisədən sonra S.Qasımov “102” xidmətinə zəng edərək arvadını öldürdüyünü deyib.
Qeyd edək ki, cütlüyün hazırda hərbi xidmətdə olan bir övladı var.
скачать dle 12.1

Şərhlər