SON DƏQİQƏ

Cinlər və pis yuxu görmək

Cəmiyyət / Manşet

“Hamilə arvadımla qızımı mən yox, şeytan öldürdü”

Tarix:4-10-2022, 08:12 Oxunub:2 817

Bu il fevralın 13-də Şəmkirin Çinarlı kəndində 1995-ci il təvəllüdlü hamilə arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovanı amansızlıqla qətlə yetirən Elməddin Həsənovun məhkəməsi başa çatıb.

GunAz.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1988-ci il təvəllüdlü Elmədin Həsənov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə hakim qarşısında çıxış edən Elməddin Həsənov arvadı ilə qızını necə öldürdüyünü anlamadığını bildirib:

"Hadisənin necə baş verdiyini xatırlamıram. Arvadımla qızımı mən öldürmədim, onları şeytan, qara qüvvələr öldürdü. İnsanın öz hamilə həyat yoldaşını və balaca qızını necə öldürə biləcəyini anlamıram".

Qeyd edək ki, Lələ Həsənova 1,5 aylıq hamilə olub. Elməddin Həsənov həmin gün səhər saatlarında ailə üzvlərinə saymamazlıq etməsi və laqeyd davranması bəhanəsi ilə çarpayıda uzanan Laləyə 33 bıçaq zərbəsi endirib. Bu zaman 8 yaşlı Qumru da onlarla eyni çarpayıda yatıb. Qumru anasına vurulan ikinci bıçaq zərbəsindən sonra yuxudan ayılıb və atasına mane olmağa çalışıb. Elməddin Həsənov qızının davranışından qəzəblənib və azyaşlıya 22 bıçaq zərbəsi endirib.

 

Xatırladaq ki, cütlüyün toyu 2013-cü ildə baş tutmuşdu.qafqazinfo

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<