SON DƏQİQƏ

Zelenski Qərbə çağırış etdi

Tarix:

29-04-2024, 18:50

/ 3 562 dəfə oxundu.
Zelenski Qərbə çağırış etdi

Ukrayna hakimiyyəti Qərb ölkələrinin silahlarının ölkəyə vaxtında çatmadığını düşünür və onların çatdırılmasının sürətləndirilməsini istəyir.
GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfərə gəlmiş NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında danışıb.
“Ordumuza vaxtında dəstək. Bu gün hələ də bu mövzuda müsbət bir şey görmürəm. Bu prosesi sürətləndirmək lazımdır”, - o qeyd edib.
Eyni zamanda, Zelenski bildirib ki, Kiyev üçün zəruri olan döyüş zonasında vəziyyətin sabitləşməsi, döyüş meydanında təşəbbüsün ələ keçirilməsi, yeni əks-hücum cəhdi, eləcə də Ukrayna ordusunun gücü Qərb ölkələrinin hərəkətlərindən asılıdır.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ