SON DƏQİQƏ
» » Tələbə teatr studiyaları üçün “Dram əsərləri”

Tələbə teatr studiyaları üçün “Dram əsərləri”

Tarix:

25-01-2023, 12:03

/ 2 632 dəfə oxundu.
Tələbə teatr studiyaları üçün “Dram əsərləri”

Hazırda Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləyən,  Filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənəli Eyvazlı Naxçıvan ədəbi mühitində alim-tədqiqatçı olmaqla bərabər, özünü sanballı bədii əsərlər müəllifi, şair və dramaturq kimi də tanıtmışdır. Onun çoxsaylı elmi əsərlərilə bərabər Naxçıvan ədəbi mühitini zənginləşdirən qiymətli bədii  əsərləri də çap olunmuşdur. Şair-dramaturq Həsənəli Eyvazlının yaradıcılığından bir xeyli nümunələr müxtəlif illərdə çap olunan "Seçilmiş əsərləri”inin I, II, III və IV cildlərində toplanaraq geniş oxucu kütləsinə təqdim edilmişdir. Tələbə teatr studiyaları üçün “Dram əsərləri”
İstedadlı şairin "Naxçıvan haqqında ballada” poeması inkişaf və tərəqqi edən Naxçıvanın müasir inkişafı və dirçəlişi haqqında yazılmış ən yaxşı əsərlərdən biridir. Müəllifin bu əsəri əsasında Naxçıvan televiziyasında televiziya filmi çəkilmişdir. Müəllifin bir sıra dram əsərləri, o cümlədən "Qurtuluşa gedən yol” və "Araz sahilində doğan Günəş” kimi pyesləri 1990-cı illərin böhran zamanında Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi və onun fəaliyyəti sayəsində Naxçıvanın və ümumən Azərbaycanın gələcək inkişafı, ümummilli tale məsələsi özünün bədii əksini tapmışdır. Müəllifin bir sıra dram əsərləri səhnələşdirilərək tamaşaya qoyulmuş və yüksək tamaşaçı rəğbəti qazanmışdır. Həsənəli Eyvazlının səmərəli ədəbi və elmi fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilmiş, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının "Təhsil əlaçısı” fəxri adlarına layiq görülmüşdür. Həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi” medalına və Prezident Tələbə teatr studiyaları üçün “Dram əsərləri”mükafatına layiq bilinmişdir.  
İstedadlı şair və dramaturq kimi tanınan müəllifin tələbə teatr studiyaları üçün hazırladığı və nəşr etdirdiyi "Dram əsərləri” kitabı da olduqca əhəmiyyətli, mövzu-mündəricə etibarilə zəngin və oxunaqlı dram əsərlərindən tərtib edilmişdir. Kitabda səhnələşdirmə etibarilə daha səmərəli, yığcam, əhəmiyyətli, o cümlədən mövzu baxımdan maraqlı əsərlərin yer alması kitabın əhəmiyyəti və aktuallığına əsaslılıq gətirir. Kitaba müəllifin özünün "Ətoğrol Cavid və ya bir ailənin dramı” əsəri, o cümlədən "Ruhların görüşü”, "Çoxbilmişlər yaxud kişilər”, "Göz ağırısı”, "İranda hürriyyət”, "Bərdə necə gözəl, necə qəşəngdir”, "Nadan xoruz” (I hissə) əsərləri daxil edilmişdir. 
"Ətoğrol Cavid və ya bir ailənin dramı” əsəri böyük Azərbaycan şairi Hüseyn Cavidin istedadlı və nakam övladı Ərtoğrol Cavidin həyatına həsr olunmuş, faciələrlə zəngin olan, repressiyanın qurbanına çevrilmiş Cavidlər ailəsinin taleyindən bəhs edilmişdir. Əsərdə repressiya qurbanı olan XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi, Azərbayca romantizminin bayraqdarı Hüseyn Cavidin ailəsi və onun DTK tərəfindən həbsi, istedadlı rəssam, musiqiçi, folklorşünas, tənqidçi, şair Ərtoğrol Cavidin nakam həyatından və s. söhbət açılmış, Ərtoğrolun müəllimi, görkəmli Azərbaycan bəstəkarı, musiqişünas, ədib Üzeyir bəy Hacıbəylinin, görkəmli müğənni Bülbülün və b.nın obrazları yaradılmışdır.  Kitabda yer alan "Ruhların görüşü” dram əsəri Hüseyn Cavid ədəbi məktəbinə mənsub olan, Azərbycan poeziyasının istedadlı nümayəndəsi Mikayıl Müşfiqin nakam qalan taleyinə həsr olunub. Hər iki əsər Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələri olan Hüseyn Cavid və Mikayıl Müşfiqi, onların ailə həyatı, əzizləri Mişkinaz xanım, Dilbər xanım, Ərtoğrol Cavid, Turan Cavidi tanıtmaq, repressiyanın mərhəmətsiz və qərəzli ittihamlarının ürəkağrıdan nəticələri, Azərbaycan xalqına vurduğu zərərləri göstərmək baxımından mühüm əhəmiyyətə malikdirlər.
Kitabdakı "Çoxbilmişlər yaxud kişilər”, "Göz ağırısı”, "İranda hürriyyət” kimi əsərlər Azərbaycan dramaturgiyası və nəsrinin qüdrətli nümayəndəsi olan Cəlil Məmmədquluzadənin əsərlərinə yazılmış tamaşa-səhnəcik xüsusiyyəti ilə seçilir. Bu əsərlər görəkəmli ədibin böyük istedadla yazılmış və ciddi mətləblərə toxunan "Poçt qutusu”, "Usta Zeynal”, "Dəllək” kimi əsərlərinin səhnələşdirilməsi əsasında yazılmışdır. Müəllifin istedadı həm də ordadır ki, adıgedən əsərlərin orijinaldakı problemlərini saxlamağa nail olmuşdur. Əbəttə, müəllifin səhnəlşdirdiyi əsərlərdə də müasir dövr üçün aktuallığını itirməyən avamlıq, müsir inkişaf sürətindən geri qalan tiplər və problemlər məharətlə bədiiləşdirilmişdir.
Adından da göründüyü kimi "Bərdə necə gözəl, necə qəşəngdir” dram əsəri böyük klassik səntkar Nizami Gəncəvinin məşhur "İsgəndərnamə” əsərindəki Nüşabə ilə İsgəndərin görüşməsi motivləri əsasında yazılmışdır. Əsər böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi və "Nizami ili” münasibətilə ərsəyə gətirilmişdir. Əsərdə Azərbaycan hökmdarı, Bərdə gözəli Nüşabə obrazı, eləcə də dünya fatehi kimi tanınmış İsgəndərin canlı, zəngin obraz və xarakterləri yaradılmışdır.   
"Nadan xoruz” (I hissə) əsəri uşaqlar üçün yazılmış qiymətli əsər hesab edilə bilər. Alleqorik üslubda mənzum nağıl olaraq yazılmış əsərdə hiyləgərlik və nadanlıq qarşılaşdırılaraq tənqid olunur, uşaqlarda müsbət keyfiyyətələrin yaranması üçün motivasiya doğurur. Pyesdə Tülkü hiyləgərlik və xainliyi, Xoruz avamlığı və nadanlığı, Bozdar isə oyaqlığı və təəssübkeşliyi təmsil edir. Tülkü öz yalanları ilə avam Xoruzu yoldan çıxarıb bütün həyatını yaşadığı həyətin müdafiəsinə həsr edən Bozdara qarşı çıxır və öz nadanlığı ilə ailəsi toyuq və cücələrin həyatına təhlükə yaradır. Tülkünün xain hücumları Bozdarın köməyə yetməsilə sovuşur və cücələr məhv olmaqdan - yeyilməkdən xilas olur. Əlbəttə, burada başqa əhəmiyyətli məzmun və məsələlər də tapmaq mümkündür. Azərbaycanın yaxın bir tarixdə torpaqlarının işğalı məsələlərinin də əsərin ruhunda yer aldığını demək olar. Tülkü xain qonşular olan erməniləri və erməniliyi təmsil edən hiyləgər bir düşmən obrazıdır. Əlbəttə də, Xoruz da nadanlığa uğramış avam rəhbərləri təmsil edir. Beləliklə, əsərdə uşaqlar üçün öyrədilməli bir sıra ciddi mətləblər yer almışdır. Əsər uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin "Tülkü Həccə gedir” maraqlı əsərinin motivləri əsasında tam orijinal bir əsər olaraq ərsəyə gətirilmişdir. Əsərdə uşaqlara həm də ailə dəyərləri, ailə bütövlüyü kimi biliklər mənimsədilir, birgəyaşayış qaydaları öyrədilir. 
Beləliklə, Həsənəli Eyvazlının tərtib etdiyi və nəşr etdirdiyi tələbə teatr studiyaları üçün "Dram əsərləri” kitabı maraqlı və əhəmiyyətli bir əsərdir. Burada toplanan hər bir əsər məzmun-problem etibarilə gənc nəsillərin maariflənməsi və dünyagörüşünün inkişafına əhəmiyyətli təsir edəcəyi kimi, gənc teatr nümayəndələrinin hazırlığı və fəaliyyətinə də geniş imkanlar və stimul verəcəyinə ümid bəsləmək olar. Əsərlərin dili sadə, anlaşıqlı, ideya-məzmun baxımından əhəmiyyətli və aktualdır. Kitab geniş oxucu kütləsi üçün də maraqlı və oxunaqlı bir çap məhsuludur. 
    Ramiz QASIMOV
  AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ