SON DƏQİQƏ
» » Qadınların pensiya yaşının artırılmasını tənqid etdilər

Qadınların pensiya yaşının artırılmasını tənqid etdilər

Tarix:

2-07-2025, 20:28

/ 2 498 dəfə oxundu.
Qadınların pensiya yaşının artırılmasını tənqid etdilər

Ötən gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılaraq, 64 il 6 ay olub.
GunAz.az xəbər verir ki, bununla bağlı xəbərə tanınmış simalar reaksiya veriblər. Onlar "show_news" instaqram səhifəsində olan yazıya şərh yazaraq, bunu məsxərəyə qoyublar. 
Şair Nazilə Səfərli "Düz edirlər, 45-i keçən üzgərmə edir, çıxır TikTok-a. Onlar da görür ki, bu hələ özü qazana bilər. Qalanlar da onların oduna yandı" sözlərini yazıb. 
Aparıcı Zemfira Adıgözəlova "Adamlar 50 yaşdan o tərəfə işə düzələ bilmir. Heç yerdə işə götürmürlər. 15 il gözləməlidir ki, pensiya alacaq" deyə, xəbərə reaksiya verib. 
Müğənni Günel Ələkbərova isə "Əla... 80 yaşında versinlər, "kim qaldı o da aldı" kampaniyasından silsilələr. Allaha pənah. Əslində bu gözəl təşəbbüs insanların uzunömürlü olması üçündür. Bəlkə pensiya puluna görə dirənib ölməzlər" deyə, şərhdə yazıb. 
скачать dle 12.1

Şərhlər