SON DƏQİQƏ
» » Rusiya hazırlığını tamamladı: "referendum" keçiriləcək

Rusiya hazırlığını tamamladı: "referendum" keçiriləcək

Tarix:

26-08-2022, 21:51

/ 1 295 dəfə oxundu.
Rusiya hazırlığını tamamladı: "referendum" keçiriləcək

Rusiya Ukraynanın ələ keçirdiyi ərazilərdə "referendum” hazırlığını demək olar ki, başa çatdırıb.

GunAz.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitskiyin sözlərinə görə, "referendum”lar müxtəlif bölgələrdə keçirilə bilər. Ancaq ilk növbədə bunun Zaporojye və Xerson vilayətlərində baş tutacağı gözlənilir.

"Ukraynanın hərbi kəşfiyyatı hazırda ordakı bütün prosesləri aydın şəkildə izləyir. Bu gün biz bunu deyə bilərik ki, "referendum”la bağlı müvafiq seçki qərargahlarının yaradılması, seçici siyahıları, seçki komissiyalarının yaradılması kimi hazırlıq prosesləri demək olar başa çatıb”, - o bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ