SON DƏQİQƏ
» » Ərdoğan və Əsəd görüşəcək?- Rəsmi açıqlama

Ərdoğan və Əsəd görüşəcək?- Rəsmi açıqlama

Tarix:

23-08-2022, 12:18

/ 2 142 dəfə oxundu.
Ərdoğan və Əsəd görüşəcək?- Rəsmi açıqlama

Şanxay Əməkdaşlıq Sammiti çərçivəsində Türkiyə və Suriya prezidentləri arasında görüşün olacağı ilə bağlı xəbərlər doğruiu deyil.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Xəbərlər doğru deyil, Əsəd də oraya dəvət olunmayıb”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, İranın "Tasnim” agentliyi Şanxay Əməkdaşlıq Sammitinin sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsədin görüşəcəyi haqqında məlumat yaymışdı. Agentliyin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Ərdoğan və Əsədi sammitdə iştirak etmək üçün Səmərqəndə dəvət edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ