SON DƏQİQƏ

Ərdoğan Leyen, Draqi və Rutte ilə görüşdü

Tarix:

30-10-2021, 22:53

/ 1 391 dəfə oxundu.
Ərdoğan Leyen, Draqi və Rutte ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən G20 sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşüb.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində İtaliya Baş naziri Mario Draqi ilə görüşüb.

Görüş mətbuata bağlı şəkildə, 35 dəqiqə davam edib.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Lütfi Əlvan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, AKP-nin rəsmi nümayəndəsi Ömər Çelik və İtaliya xarici işlər naziri Luiqi Di Maio iştirak edib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən G20 sammitində Niderland Baş naziri Mark Rutte ilə də görüşüb.

GunAz.az xəbər verir ki, bağlı qapılar arxasında keçirilən görüş 30 dəqiqə davam edib. Tərəflərin danışıqları barədə məlumat verilməyib.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ