SON DƏQİQƏ
» » İranda daha bir yüksək vəzifəli zabit öldürüldü

İranda daha bir yüksək vəzifəli zabit öldürüldü

Tarix:

26-07-2022, 12:32

/ 1 241 dəfə oxundu.
İranda daha bir yüksək vəzifəli zabit öldürüldü

İranın Kirman əyalətində polislə bir qrup silahlı şəxs arasında atışma baş verib.

Məlumatı İRNA agentliyi yayıb.

Atışma nəticəsində polis polkovnik-leytenantı Əli Bərzqərpur öldürülüb.

Əməliyyat zamanı narkotik ticarəti ilə məşğul olan qrupun 6 üzvü zərərsizləşdirilib. Hadisə yerindən 697 kq narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, son həftələrdə İran ərazisində yüksəkrütbəli hərbçilərin məlum və naməlum səbəblərdən öldüyünə dair məlumatlar yayılır.

скачать dle 12.1

Şərhlər