SON DƏQİQƏ

İrəvan hava limanında mina həyəcanı

Tarix:

13-07-2022, 22:57

/ 1 403 dəfə oxundu.
İrəvan hava limanında mina həyəcanı

Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanının minalanması barədə məlumat daxil olub.

GunAz.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Xəbərdarlıq barədə məlumat bu gün saat 19:19-da daxil olub. Bundan sonra yanğınsöndürən-xilasedicilərdən ibarət qruplar, mühəndis dəstəsi və tibb briqadası hadisə yerinə gedib.

Ətraflı məlumat verilməyib.

Qeyd edək ki, iyunun 8-də Fövqəladə Hallar Nazirliyinə Zvartnots hava limanına bomba qoyulması barədə məlumat daxil olub. Baxış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib.


скачать dle 12.1

Şərhlər