
İrəvanın "Zvartnots" beynəlxalq hava limanına bomba qoyulması barədə xəbərdarlıq edilib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinə partlayıcı qurğunun olması barədə məlumat daxil olub.
Hadisə yerinə xüsusi xilasetmə dəstələri cəlb edilib.
Qurğunun axtarışı davam etdirilir.