
Hindistan Ordusu və Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatı öz istehsalı olan tank əleyhinə idarə olunan raketi sınaqdan keçirib.
Bu barədə NDTV televiziya şirkəti məlumat yayıb.
Sınaqlar iyunun 28-də Maharaştra ştatındakı təlim poliqonunda baş tutub. Atış "Arjun” döyüş tankından həyata keçirilib.
Qeyd olunub ki, sınaqlar uğurla başa çatıb. Telemetriya sistemləri raketin qənaətbəxş uçuş performansını qeydə alıb.