SON DƏQİQƏ
» » Qaribaşvili AB-ni hədələdi: Hər şeyi danışacam

Qaribaşvili AB-ni hədələdi: Hər şeyi danışacam

Tarix:

11-06-2022, 22:53

/ 1 338 dəfə oxundu.
Qaribaşvili AB-ni hədələdi: Hər şeyi danışacam

Gürcüstan AB-yə üzvlüklə bağlı müraciətinə ədalətli cavab gözləyir.

GunAz.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

O, Brüsselin son cavabını gözləməyə çağırıb:

"Biz ən sivilizasiyalı xalqlardan biriyik; yalvarmırıq və haqq etmədiyimiz heç nə istəmirik”.

Qaribaşvili bildirib ki, Avropa Komissiyasının rəyinin 17 iyunda, AB-nin son qərarının isə 22-23 iyunda olacağı gözlənilir:

"Əgər qərar ədalətsiz olarsa, mən pərdəni qaldırmaq və hər şeyi demək haqqını özümdə saxlayıram”.

Baş nazir həmçinin vurğulayıb ki, namizəd statusu simvolik məna daşıyır:

"Əlbəttə, bu, çox yaxşı statusdur, lakin bizim üçün əsas sənəd Assosiasiya Sazişi, vizasız rejim, azad ticarətdir”.

Qaribaşvili bir daha Gürcüstanın bütün parametrlərlə Moldova və Ukraynadan irəlidə olduğunu və namizəd statusunun veriləcəyinə ümid etdiyini bildirib:

"Ümid edirəm ki, Avropa ağıllı qərar verəcək, AB-nin və bizim maraqlarımıza uyğun davranacaq, Rusiyanın deyil”.

Qeyd edək ki, Ukrayna, Moldova və Gürcüstan AB-yə üzvlük üçün müraciət ediblər və onlara namizəd statusunun verilməsi müzakirə edilir. Bir neçə gün öncə AP-nin Saakaşvilinin dərhal azad edilməsini tələb edən qətnamə qəbulunu isə Gürcüstan rəhbərliyi AB-nin namizəd statusu vermək istəməməsi kimi dəyərləndirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ