SON DƏQİQƏ
» » Türkiyə bu sahədə bir nömrəli tərəfdaşımızdır - Qaribaşvili

Türkiyə bu sahədə bir nömrəli tərəfdaşımızdır - Qaribaşvili

Tarix:

1-06-2021, 23:11

/ 1 384 dəfə oxundu.
Türkiyə bu sahədə bir nömrəli tərəfdaşımızdır - Qaribaşvili

Türkiyə Gürcüstan üçün çox önəmli ölkə və strateji tərəfdaşdır.

GunAz.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə uzun illərdir Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır.

İ.Qaribaşvili Türkiyə Prezidenti ilə görüşdə bölgədəki vəziyyətin də nəzərdən keçirildiyini vurğulayıb. Bildirib ki, bölgədə sülhə başqa alternativ yoxdur. Baş nazir Gürcüstanın bütün məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

İrakli Qaribaşvili deyib: "Türkiyə bütün formatlarda Gürcüstanın mövqeyini və suverenliyini müdafiə edib. Eyni zamanda rəsmi Ankara bizi NATO-ya üzvlük məsələsində də müdafiə edib. Bütün bunlara görə, Türkiyə dövlətinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm”.

Gürcüstanın hökumət başçısı Türkiyə Prezidentini Tbilisiyə səfərə dəvət edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ