SON DƏQİQƏ

Qaribaşvili Şarl Mişellə görüşdü

Tarix:

15-12-2021, 22:45

/ 1 330 dəfə oxundu.
Qaribaşvili Şarl Mişellə görüşdü

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb.

GunAz.az xəbər verir ki, təkbətək görüş zamanı tərəflər Gürcüstan-Avropa İttifaqı münasibətlərinin gündəliyində duran bütün vacib məsələləri müzakirə ediblər. Söhbət zamanı Şərq Tərəfdaşlığı Sammitinin siyasi bəyannaməsində güclü mesajların təsbit edilməsinin və Gürcüstan üçün prioritet məsələlərin əks olunmasının vacibliyinə toxunulub.

Qaribaşvili qeyd edib ki, Gürcüstan üçün Aİ-nin vahid bazarına tədricən inteqrasiya, enerji və rəqəmsal əlaqəni gücləndirmək vacibdir.


скачать dle 12.1

Şərhlər