SON DƏQİQƏ
» » Paşinyan Gürcüstanın Baş naziri ilə GÖRÜŞDÜ

Paşinyan Gürcüstanın Baş naziri ilə GÖRÜŞDÜ

Tarix:

20-12-2021, 22:50

/ 1 369 dəfə oxundu.
Paşinyan Gürcüstanın Baş naziri ilə GÖRÜŞDÜ

Bu gün Tbilisidə Gürcüstan və Ermənistan baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan arasında görüş keçirilib.

GunAz.az Gürcüstan mətbuatına isitnadla xəbər verir ki, görüş zamanı İrakli Qaribaşvili Gürcüstanın regionda sülh və sabitliyin tərəfdarı olduğunu bildirib:

"Biz ticarət-iqtisadi əlaqələri inkişaf etdirməliyik, regional layihələr, infrastruktur və hər iki ölkəni maraqlandıracaq digər layihələr haqqında danışmalıyıq, ona görə də bu gün toplaşmışıq. Aramızda olan münasibət ən yüksək səviyyədədir. Bizim həmişə yaxın dostluq münasibətlərimiz olub, lakin deyə bilərik ki, ölkələrimiz, hökumətlərimiz arasında heç bir anlaşılmazlığın olmaması bizim ləyaqətimizdir və həqiqətən də ideal münasibətlərimiz var ”.

Gürcüstanın baş naziri həmçinin qeyd edib ki, bu il o, Nikol Paşinyanla dördüncü dəfədir görüşür.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ