
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının tərəfdarları və fəallar həbsdə olan keçmiş prezident Mixail Saakaşviliyə dəstək məqsədilə növbəti dəfə paytaxt Tiflisdə hökumət binasının qarşısına toplaşıblar.
Aksiya zamanı bir neçə iştirakçı polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, həbsdə Saakaşviliyə baş çəkən ictimai fəallar keçmiş prezidentin səhhətinin olduqca ağır olduğunu bildirirlər.