SON DƏQİQƏ

G7 Ukraynaya əlavə maliyyə dəstəyi verəcək

Tarix:

21-04-2022, 11:44

/ 1 823 dəfə oxundu.
G7 Ukraynaya əlavə maliyyə dəstəyi verəcək

G7-nin maliyyə nazirləri 2022-2023-cü illərdə Ukraynaya 24 milyard dollardan çox əlavə dəstək vermək üçün beynəlxalq ictimaiyyətlə işləyəcəklərini bildiriblər.

Onların bəyanatında qeyd olunur: 

"Rusiyanın qəddar təcavüzü, Ukrayna əhalisinin iztirabları və ölkənin uzun müddət məhv edilməsi fonunda, lazım gələrsə, daha çox şey etməyə hazırıq”.

Bəyanatda nazirlər Rusiyanın beynəlxalq forumlarda, o cümlədən G20, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu həftə keçirilən iclaslarında iştirakından təəssüfləndiklərini əlavə ediblər.

"Beynəlxalq təşkilatlar və çoxtərəfli forumlar artıq Rusiya ilə adi şəkildə iş aparmamalıdır", - deyə G7 nazirləri vurğulayıblar.

скачать dle 12.1

Şərhlər