SON DƏQİQƏ

Sabah Türkiyədə qum fırtınası gözlənilir

Tarix:

16-04-2022, 20:31

/ 1 721 dəfə oxundu.
Sabah Türkiyədə qum fırtınası gözlənilir

Hidrometeoroloqlar aprelin 17-dən etibarən Türkiyə ərazisində Afrika üzərindən gələn qum fırtınasının baş verəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Yaranacaq təbiət hadisəsi səbəbindən görüş məsafəsinin azalması, havanın keyfiyyətinin aşağı düşməsi, yağışlı ərazilərdə palçıq şəklində yağıntıların düşməsi ilə əhaliyə xəbərdarlıq edilib.

Mütəxəssislər bu tozların silisiumla yanaşı bəzi bakteriya və kif göbələklərinin ağciyərlərə daxil olmasını asanlaşdıran təsirə malik olduğunu bildirirlər. Ağciyərlərin dərinliklərinə çata bilən qum fırtınasına qarşı xüsusilə astma, bronxit kimi xəstəlikləri olanların daha ehtiyatlı olması, maskasız evdən çıxmamaları tövsiyə edilir.

Təbiət hadisəsinin bir gün davam edəcəyi bildirilir.

скачать dle 12.1

Şərhlər