
Pentaqon hazırda Rusiya hərbçilərinin Mariupolda kimyəvi silahdan istifadə etdiyini təsdiqləyə bilmir, lakin Rusiya tərəfindən istifadə oluna biləcəyindən narahatdır.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.
"Bu xəbərlər təsdiqlənərsə, dərin narahatlıq doğurar və Rusiyanın Ukraynada iğtişaşları yatırtmaq üçün müxtəlif vasitələrdən, o cümlədən kimyəvi maddələrlə qarışdırılmış gözyaşardıcı qazdan istifadə etmək qabiliyyətinə dair narahatlığımızı əks etdirir.”, - Kirbi bildirib.
Pentaqonun nümayəndəsinin sözlərinə görə, ABŞ vəziyyəti diqqətlə izləyəcək.



























