SON DƏQİQƏ
» » Rusiya məqsədinə çatana qədər dayanmayacaq- Şoyqu

Rusiya məqsədinə çatana qədər dayanmayacaq- Şoyqu

Tarix:

29-03-2022, 14:10

/ 1 788 dəfə oxundu.
Rusiya məqsədinə çatana qədər dayanmayacaq- Şoyqu

Müdafiə naziri Sergey Şoyqu bildirib ki, "Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi hərbi əməliyyatı qarşıya qoyulan məqsədlərə nail olunana qədər davam edəcək”.

Sergey Şoyqu bu barədə çərşənbə axşamı keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri xüsusi əməliyyat zamanı "Luqansk və Donetsk Xalq respublikaları”nın əhalisinə dinc həyat bərqərar etməkdə fəal kömək edir.

Sergey Şoyqu komandirlərdən Silahlı Qüvvələrdə gündəlik döyüş hazırlığı üzrə bütün planların qeyd-şərtsiz həyata keçirilməsini təmin etməyi tələb edib.

"Mən vurğulamaq istərdim ki, qoşunlarda planlı döyüş hazırlığı dayandırılmır. Mən bütün səviyyələrdə komandirlərdən planlaşdırılmış əməliyyat və döyüş hazırlığı tədbirlərinin ciddi və dəqiq həyata keçirilməsini təmin etməyi tələb edirəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ