SON DƏQİQƏ
» » Latviyanın Baş naziri: "Yanacaq bahalaşıb, çalışın işə piyada gedin"

Latviyanın Baş naziri: "Yanacaq bahalaşıb, çalışın işə piyada gedin"

Tarix:

26-03-2022, 21:18

/ 1 578 dəfə oxundu.
Latviyanın Baş naziri: "Yanacaq bahalaşıb, çalışın işə piyada gedin"

Latviyanın Baş naziri yanacağın qiymətinin artması ilə əlaqədar ölkə sakinlərinə işə piyada getməyi tövsiyə edib.

GunAz.az xəbər verir ki, Krişyanis Karinş benzinin qiymətlərinin artmaqda davam edəcəyini bildirib. O, buna görə də insanları vərdişlərini yenidən nəzərdən keçirməyə və sahib olduqlarına daha rasional yanaşmağa çağırıb.

Məsələn, hər gün maşın sürən insanlar bu barədə düşünməlidirlər, çünki ölkədə ictimai nəqliyyat var, həm də işə qonşu ilə də getmək olar.

"Bir neçə ildir ki, imkanım olanda işə piyada və ya velosipedlə gedirəm. İmkanı olan hər kəsə bunu tövsiyə edirəm – bu, həm sağlamlıqdır, həm də sərfəlidir”, – deyə Karinş bildirib.


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər