
AB ölkələri liderləri 24-25 mart tarixində keçiriləcək sammitdə Ukraynanın üzvlüklə bağlı müraciətinə baxacaq.
GunAz.az xəbər verir ki, bu sözləri jurnalistlərə AB-nin yüksəkçinli rəsmisi deyib.
Qeyd edək ki, İtaliya Baş naziri Mario Draqi AB liderlərinin Ukraynanın üzvlüyünü dəstəkləyəcəyinə inandığını, ancaq üzvlüyün islahatlar səbəbindən bir neçə il vaxt alacağını bildirib.




























