
Moskva Pekindən hərbi və iqtisadi yardım istəməyib. Bu iddialar dezinformasiyadır.
Bu barədə Çinin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Nazirlik açıqlamaya əlavə olaraq bildirib ki, ABŞ Ukrayna ərazisində hərbi-bioloji fəaliyyətini bəyan etməlidir.
Qeyd edək ki, Rusiyanın Ukraynada ağır itki verdikdən sonra Çindən yardım istədiyini barədə "Faynənşl Tayms” hərbi mənbələrə istinadla məlumat yayıb.




























