SON DƏQİQƏ

Lavrovla Kulebanın görüşü təsdiqləndi

Tarix:

9-03-2022, 10:40

/ 2 437 dəfə oxundu.
Lavrovla Kulebanın görüşü təsdiqləndi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Antalya Diplomatiya Forumu çərçivəsində nazir Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kulebanın görüşünü təsdiqləyib.

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Kiyev də bunu təsdiqləyib.

Təşəbbüskar tərəfin Türkiyə olduğunu xatırladan Zaxarova bildirib ki, görüş martın 10-da baş tutacaq.

"Biz danışıqlara hazırıq, lakin görüşü qiymətləndirmək üçün tələsməyə dəyməz”, - M.Zaxarova əlavə edib.

S.Lavrovun Türkiyəyə səfəri bu gün, martın 9-da başlayacaq. 

скачать dle 12.1

Şərhlər