
Bir az əvvəl Xarkov şəhərinin mərkəzi raket zərbəsi ilə vurulub. Bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib. "Azərbaycanın fəxri konsulluğunun bu əraziyə yaxın yerləşməsini nəzərə alaraq qeyd etmək istərdik ki, konsulluq binası xəsarət almayıb. Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik. Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyyə edirik. Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək", - məlumatda bildirilib.





























