
Ukraynanın AB-yə xüsusi prosedur əsasında təcili daxil olması indi çətin ki, alınsın. Əgər belə bir hadisə baş versə, siyasi bəyannamə səviyyəsində olacaq.
Bunu Rusiya Xarici Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov deyib.
"Məncə, bu real görünmür. Biz yəqin ki, bu proseslərin həqiqətən sürətləndirilməsindən, bir növ yol xəritəsinin yaradılmasından, bəlkə də son tarixlərin dəqiqləşdirilməsindən danışa bilərik. İndi təbii ki, Ukraynaya simpatiya dalğası var. AB-nin bürokratik strukturları da daxil olmaqla siyasi təzyiq yarada bilər. Lakin aydındır ki, Ukrayna çox uzun müddət AB-nin tamhüquqlu üzvü ola bilməyəcək, bunun üçün çox iş görülməlidir. İndi bu, konkret qərar səviyyəsindən daha çox siyasi bəyannamə səviyyəsində olacaq”, - Kortunov bildirib.






























