SON DƏQİQƏ

Xarkovda öldürülən 35 yaşlı Qoşqar kimdir?

Tarix:

28-02-2022, 08:20

/ 2 241 dəfə oxundu.
Xarkovda öldürülən 35 yaşlı Qoşqar kimdir?

Ötən gün Ukraynanın Xarkov şəhərində həlak olan 1987-ci il təvəllüdlü Qoşqar Məmmədovun ailəsi onun nəşinin Azərbaycana gətirilməsini istəyir.

Hazırda bununla bağlı işlər görülür.

 

Modern.az xəbər verir ki, küçədə rus hərbçiləri tərəfindən güllələnərək öldürülən Q.Məmmədov Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur.

O, bu yaxınlarda Xarkova qonaq gedibmiş. Mağazadan ərzaq almaq üçün küçəyə çıxan Q.Məmmədov mülki şəxs olmasına baxmayaraq, atəşə məruz qalıb.

Azərbaycanlı gənc aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Hazırda onun nəşinin Azərbaycana göndərilməsi imkanları araşdırılır.oxu.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ