
Belə bir vəziyyətdə sabitlik daha vacibdir.
GunAz.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi açıqlama yayıb.
"Bizim təhlükəsizlik siyasətimiz aydındır. Biz NATO-nun yaxşı və güclü tərəfdaşı olmaq istəyirik, lakin alyansa qoşulmaq niyyətində deyilik", - məlumatda bildirilib.
Qeyd edək ki, NATO İsveç və Finlandiyaya dəvət göndərsə də, hər iki ölkə alyansa üzv olmaq istəmədiklərini bildirirlər.



























