
Çexiyanın Pardubitse şəhərinin Lipoltiçe kəndində quş qripi aşkarlanıb.
Bu barədə hökumət orqanları məlumat yayıb.
Yoluxma Perena quşçuluq fermasında ev ördəklərində aşkarlanıb. Orada saxlanılan 3500 quşdan 380-də virus təsdiqini tapıb.
Bildirilib ki, quşların hamısı məhv ediləcək.




























