
Rusiya və ABŞ prezidentləri arasında yeni görüşün olması mümkündür, lakin hələ ki, qərar qəbul olunmayıb.
GunAz.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib.
"Prezident ( ABŞ lideri Co Bayden – red.) hər zaman liderlər səviyyəsində qarşılıqlı təmasları yüksək qiymətləndirir. Lakin növbəti addımın uyğun olub-olmaması barədə qərara gəlməliyik”, - deyə sözçü bildirib.






























