
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı baş tutub.
GunAz.az xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi-siyasi əlaqələr və müdafiə sənayesinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.
Bundan əlavə, qeyd olunub ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması regionun sabitliyi və rifahına töhfə verir.





























