SON DƏQİQƏ
» » Türkiyə ilə ABŞ arasında mühüm telefon danışığı

Türkiyə ilə ABŞ arasında mühüm telefon danışığı

Tarix:

16-07-2021, 21:08

/ 1 447 dəfə oxundu.
Türkiyə ilə ABŞ arasında mühüm telefon danışığı

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb.

GunAz.az xəbər verir ki, telefon danışığında tərəflər ikitərəfli əlaqələrin gedişatını, Suriya, Şərqi Aralıq dənizi və Kiprdə, xüsusilə də Əfqanıstandakı regional vəziyyəti müzakirə edib.

Türkiyənin regional və qlobal məsələlərdə sülh və sabitliyi təmin etmək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində səylərini davam etdirməkdə qərarlı olduğu vurğulanıb.


скачать dle 12.1

Şərhlər