
Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevin yaxın günlərdə KTMT liderlərinin videokonfrans formatında görüş keçirmək təklifini dəstəkləyib.
GunAz.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti iki ölkə liderləri arasında telefon danışığından sonra məlumat verib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.



























