SON DƏQİQƏ

Tokayev KTMT-dən hərbi yardım istədi

Tarix:

5-01-2022, 23:42

/ 1 496 dəfə oxundu.
Tokayev KTMT-dən hərbi yardım istədi

Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayevin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

GunAz.az xəbər verir ki, dövlət başçısı iclasda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinə müraciət edərək, onlardan hərbi yardım istədiyini deyib.

O bildirib ki, terrorçu qruplar artıq ölkənin böyük struktur obyektlərini nəzarətə götürür:

 

"Hazırkı terrorçu qrup beynəlxalq miqyaslıdır, xaricdə ciddi hazırlıq keçiblər və onların Qazaxıstana hücumuna aqressiya aktı kimi baxılmalıdır.

Bununla bağlı, kollektiv təhlükəsizliklə bağlı müqaviləyə uyğun olaraq, bu gün KTMT ölkə başçılarına bu terror təhdidinə qarşı yardım üçün müraciət etmişəm. Əslində, bu təhdid deyil, ərazi bütövlüyünü sarsıtmaqdır və ən əsası, vətəndaşlara hücumdur".

Qeyd edək ki, Qazaxıstan ərazisində fövqəladə vəziyyət elan edilib. Son məlumata görə, aksiyalarda 8 polis və hərbçi ölüb, hüquq-mühafizə orqanlarının 317 əməkdaşı yaralanıb.


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər