
İranın paytaxtı Tehranda bazarlardan birində partlayış baş verib.
Bu barədə "Tasnim” agentliyi məlumat yayıb.
Partlayışdan sonra güclü yanğın başlayıb. İnsident zamanı ən azı iki nəfərin öldüyü deyilir.
Hadisə yerinə fövqəladə hallar idarəsinin əməkdaşları gəlib. Yanğın söndürülüb. Dağıntılar altında insanların qalıb-qalmadığı araşdırılır.
İlkin ehtimala əsasən, partlayış qaz balonundan qaynaqlanıb.