SON DƏQİQƏ
» » Tovuzda partlayış - İki nəfər dağıntılar altında qaldı

Tovuzda partlayış - İki nəfər dağıntılar altında qaldı

Tarix:

1-04-2019, 10:09

/ 10 215 dəfə oxundu.
Tovuzda partlayış - İki nəfər dağıntılar altında qaldı

Tovuz rayonunun Aşağı Öysüzlü kəndində evdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, partlayışdan sonra yanğın hadisəsi olmayıb.

Hadisə zamanı bir otaq və bitişik talvar uçub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri iki nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ