SON DƏQİQƏ

Şabranda ağır qəza: Sürücü öldü

Tarix:

22-10-2018, 09:31

/ 10 280 dəfə oxundu.
Şabranda ağır qəza: Sürücü öldü

Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, “VAZ” markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Mövlanlı Pərviz Elxan oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ