SON DƏQİQƏ
» » Gəncədə partlayış - Dağıntılar altında qalanlar var

Gəncədə partlayış - Dağıntılar altında qalanlar var

Tarix:

20-11-2018, 08:25

/ 10 535 dəfə oxundu.
Gəncədə partlayış - Dağıntılar altında qalanlar var

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər