SON DƏQİQƏ

Murmanskda bina partladı: 2 ölü, 6 yaralı

Tarix:

21-03-2018, 08:10

/ 10 288 dəfə oxundu.
Murmanskda bina partladı: 2 ölü, 6 yaralı

Rusiyanın Murmansk şəhərində yaşayış binasında partlayış olub.

ONN media bildirir ki, qaz sızması nəticəsində baş verən partlayışda arakəsmələr və 2-5 mərtəbələrin daxili divarlarının bir hissəsi dağılıb.

Hadisə zamanı 2 nəfər həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bir neçə nəfərin mənzildə, 2-nin isə dağıntılar altında qaldığı deyilib.

Rusiya Fövqəladə Hallar İdarəsinin yaydığı son məlumata görə, dağıntılar altında qalanların hamısı artıq çıxarılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ