SON DƏQİQƏ
» » İranla atışma: Talıban İranın məntəqələrini ələ keçirdi?

İranla atışma: Talıban İranın məntəqələrini ələ keçirdi?

Tarix:

1-12-2021, 22:49

/ 1 398 dəfə oxundu.
İranla atışma: Talıban İranın məntəqələrini ələ keçirdi?

İran sərhədçiləri ilə Taliban döyüşçüləri arasında atışma olması barədə məlumat yayılıb.

GunAz.az xəbər verir ki, bu barədə ilk məlumatı "Aamaj Nyus” yayıb. İddia edilib ki, toqquşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 17:00-da) başlayıb. Toqquşma səbəbi açıqlanmasa da, İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən "Dxeris”, "Dost Məhəmməd” və "Bala-e Siyah Çeşmən” məntəqələrinin Talibanın nəzarətinə keçdiyi haqda məlumat yayılıb.

Az sonra isə "Etimad” nəşri İran sərhədçiləri ilə Taliban hərəkatı arasında atışmanın dayandığını yazıb. Bildirilib ki, toqquşma zamanı bir-birinə artilleriya zərbələri də endirilib.

Taliban Əfqanıstan-İran sərhədində toqquşma olduğunu və hazırda atəşin dayandırıldığını təsdiqləyib. Bu barədə Əfqanıstanın "Tolo Nyus” kanalı İnformasiya və mədəniyyət nazirinin müavini Bilal Kərimə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, intensiv döyüşlər Əfqanıstanın qərbindəki Nimroz əyalətində (Kanqda) baş verib.

İran XİN sözçüsü Səid Xətibzadə də döyüşlərin iki ölkə arasında təmaslardan sonra dayandırıldığını bildirib. İran tərəfinin iddiasına görə, atışmanı Taliban başladıb. Səbəb isə İran fermerlərinin səhvən sərhədi keçmək istəməsini düşünmələri olub.

Tehran sərhəd-keçid məntəqələrinin Talibanın nəzarətinə keçməsi barədə məlumatı təkzib edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ