
Türkiyənin Hatay şəhərində Suriya sərhədinə bitişik olan Reyhanlı rayonundan Antakya istiqamətində gedən hərbi konvoyda bir hərbi maşın dərədən aşıb.
Maşında olan hələlik şəxsiyyətləri dəqiqləşdirilməyən 7 əsgər yaralanıb.
Yaralı əsgərlər hadisə yerinə gələn təcili yardım maşınları ilə Hatay dövlət xəstəxanasına aparılıb. Yaralanan əsgərlərdən ikisinin vəziyyəti ağırdır.



























