SON DƏQİQƏ

Qırğızıstan Rusiyaya NOTA VERDİ

Tarix:

3-11-2021, 22:06

/ 1 369 dəfə oxundu.
Qırğızıstan Rusiyaya NOTA VERDİ

Qırğızıstan Rusiya Federasiyasına nota verib.

GunAz.az TASS-a istinadən xəbər verir ki, etiraz notasını Rusiya Xarici İşlər Nazirliyinə Qırğız Respublikasının Moskvadakı səfiri təqdim edib.

 

Bildirilib ki, notaya səbəb rus polisinin Qırğız Respublikasının vətəndaşına qarşı fiziki güc tətbiq etməsi olub.

Qırğız Respublikasının diplomatları qeyd ediblər ki, sosial şəbəkələrdə "Rusiya polisinin respublika vətəndaşına qarşı fiziki güc tətbiq etdiyini əks etdirən video yayılıb. Hadisənin noyabrın 2-də baş verdiyi məlum olub.

Qeyd olunub ki, 21 yaşlı Qırğız Respublikasının vətəndaşının şəxsiyyəti müəyyən edilib.

Diplomatik nümayəndəlik Rusiya tərəfinin hadisənin obyektiv və hərtərəfli araşdırılmasını təmin edəcəyinə və polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət veriləcəyinə inandığını bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ