SON DƏQİQƏ

Tacikistan Qırğızıstana nota verdi

Tarix:

4-06-2021, 20:00

/ 3 459 dəfə oxundu.
Tacikistan Qırğızıstana nota verdi

Tacikistan Xarici İşlər Nazirliyi (XİN) Qırğızıstanın bu ölkədəki səfiri Janış Rustenbekova nota təqdim edib.

Nota Qırğızıstan tərəfinin bəyanatı ilə əlaqədar təqdim olunub.

Qeyd olunur ki, Qırğızıstan iki ölkə arasında sərhədin delimitasiyası prosesinin Tacikistan tərəfindən pozulması barədə bəyanat verib.

Tacikistan XİN cavab olaraq bildirib, ölkənin təşkil etdiyi sərhədyanı naryad birgə protokola uyğun olaraq Tacikistan ərazisində yerləşdirilib.

Xatırladaq ki, aprelin 29-30-da Qırğızıstan-Tacikistan sərhədində silahlı münaqişə baş verib. İnsident nəticəsində hər iki tərəfdən 50-dən çox şəxs həlak olub, 260-dan çox şəxs yaralanıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ