
Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsib.
GunAz.az xəbər verir ki, bu barədə Əlcəzair xarici işlər naziri Ramtan Lamamra deyib.
"Tarix Mərakeçin Əlcəzairə mənfi və düşmən münasibətini təsdiqləyib”, - deyə nazir bildirib.
Məsələ ilə bağlı Mərakeşdən rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, iki ölkə arasında Qərbi Saxara ərazisindən dolayı münaqişə mövcuddur.




























