
İsrail Mərakeşlə elektron müharibə sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb.
GunAz.az xəbər verir ki, bu barədə İsrailin Mərakeşdəki diplomatik nümayəndəliyinin rəhbəri David Qovrin Tvitter hesabında məlumat verib.
Müqaviləni İsrailin Milli Kiber Təhlükəsizlik Təşkilatının rəhbəri Yigal Unna və mərakeşli həmkarı Mustafa ər-Rabii imzalayıb.
Müqavilə ilə bağlı Mərakeş tərəfindən heç bir açıqlama verilməyib.



























