
Ölkədən getmək istəyən əfqanlar Qərb ölkələrində yaşamaq istəyirlər.
Bunu Taliban sözçüsü Süheyl Şahin deyib.
"Bu, bir növ iqtisadi miqrasiyadır, çünki Əfqanıstan kasıb bir ölkədir. Əhalinin 70 faizi yoxsulluq içində yaşayır. Hər kəs firavan həyat üçün Qərb ölkələrində məskunlaşmaq istəyir. Bunun qorxmaqla heç bir əlaqəsi yoxdur", - deyə sözçü bildirib.































