SON DƏQİQƏ

Talibanın atəşkəs üçün şərti nədir?

Tarix:

23-07-2021, 15:29

/ 4 180 dəfə oxundu.
Talibanın atəşkəs üçün şərti nədir?

Əfqanıstanda sülh və atəşkəs üçün yeni hökumət formalaşdırılmalı və Prezident Əşrəf Qəni istefaya getməlidir.

Bunu Talibanın rəsmi nümayəndəsi Süheyl Şahin deyib.

Onun sözlərinə görə, Taliban hakimiyyətin monopoliyasına inanmır. Şahin hökumətlə danışıqların Əfqanıstanda sülh üçün yaxşı başlanğıc olduğunu bildirib:

"Əfqanıstan hökumətinin atəşkəs barədə tələbləri Taliban üçün kapitulyasiyaya bərabərdir. Onlar barışmaq yox, kapitulyasiya istəyirlər. Atəşkəsə yeni hökumət haqqında razılaşma ilə çatmaq lazımdır. O zaman müharibə olmayacaq. Yeni hökumət qadınlara işləmək, siyasətdə iştirak etmək və təhsil müəssisələrini ziyarət etmək imkanı verəcək, amma onlar hicab taxmalıdırlar”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ