
Taliban qüvvələri Əfqanıstanın "qərb paytaxtı” sayılan Herat şəhərinə hücuma keçiblər.
Buu barədə İnterfaks agentliyi məlumat yayıb.
Artıq döyüşlərin şəhərin mərkəzi rayonlarında getdiyi bildirilir.
"Əyalət qubernatorunun iqamətgahından 500 metr aralıda intensiv döyüşlər gedir. Silahlılar əyalət həbsxanasına çatıblar”, - şahidlər bildiriblər.
Əyalətin keçmiş qubernatoru İsmayıl Xanın rəhbərlik etdiyi müdafiə qüvvələri Heratın qərbində mövqe tutublar. Ən qızğın döyüşlərin burada getdiyi bildirilir.
Bu arada Talibanın Qəznəni ələ keçirməsindən sonra paytaxt Kabil üçün böyük təhlükə yaranıb. Artıq taliblərin paytaxtın 130 kilometrliyində olduğu bildirilir.
***
Hökumət qoşunlarının geri çəkilməsindən sonra Taliban qüvvələri artıq Herat şəhərini ələ keçiriblər.
Bu barədə "Frans-Press” Əfqanıstan təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb




























